İŞİD-ə qoşulub iki oğlunu itirdi, amma peşman olmadı
Featured

15 Fevral 2019

Böyük Britaniya vətəndaşı Şamima Begum 2015-ci ildə İŞİD-ə qoşulanda 15 yaşı var idi. Amma o, tək deyildi. Şamima ilə birlikdə Xədicə Sultan, Əmirə Abase də Türkiyəyə uçaraq, oradan Suriyaya keçib və İŞİD sıralarına qoşulmuşdu.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, orta məktəbdə əla qiymətlərlə oxuyan bu qızlar valideyinlərini aldadaraq Suriyaya gedib, İŞİD-a qoşulurlar. 

Картинки по запросу shamima begum

Şamima İŞİD sıralarında Yaqo adlı holland döyüşçüyə ərə gedib. Onunla nikahdan iki oğul dünyaya gəlib, amma hər ikisini itirib. Xəstəliklər, üstəlik, Rakkada lazımi tibbi ləvazimatların olmaması üzündən uşaqları tələf olub.

Şamima üçüncü uşağa da hamilədir. Əslində Şamima terror təşkilatına qoşulduğuna görə peşman deyil. O, verdiyi açıqlamada bildirib ki, Suriyadakı həyatı çətin və qayğılarla dolu olduğu üçün İngiltərəyə qayıtmaq istəyir: "Suriyada üçüncü uşağı da itirəcəyimdən qorxuram".

Şamima ilə Suriyaya qaçan Kadiza Sultananın 2016-cı ildə Suriyadakı bir hava hücumunda öldüyü bildirirlir. Amma bu iddianın dəqiqliyi hələki sübut olunmayıb.

Qeyd edək ki, Suriya və İraqdakı terror təşkilatlarına indiyə qədər 8 mindən çox İngiltərə vətəndaşının qoşulduğu bildirilir.

Картинки по запросу şamima begum işid\

İngiltərədən Suriyaya qaçan 3 rəfiqə

Top
JoomlaLock.com All4Share.net