İranda 5 min yaşı olan insan skleti tapıldı
Featured

17 Fevral 2019

İranın Mazandaran əyalətində 5 min yaşı olan insan sekleti tapılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, iranlı arxieloq qrupunun apardığı qazıntı işləri zamanı tapdıqları sekletin 13-14 yaşlı qız uşağına aid olduğu bəlli olub. 

Arixeloq heyətinin başçısı Muhəmməd Fazil bildirib ki, Mazandaran əyalətinin Babol şəhərində aparılan qazıntı işləri zamanı maraqlı tapıntılar əldə edilib. O, qazıntılara davam edəcəklərini bildirib: "Bu bölgədə dəfinəçilər də qazıntı işləri aparıb. Bu isə bizim işimizi çətinləşdirir".

Qeyd edək ki, İranda ilk arxeloji qazıntılar 1850-ci ildən başlayıb. Rəsmi olaraq İranda arixeloji qazıntı işlərini ancaq fransızların aparmasına icazə verilib. 

İranda yerli mütəxəssislərin qazıntı işlərinə başlaması isə 1937-ci ildən start götürüb. İlk dəfə Tehran Universiteti və İran Bastan muzeyi bu işə başlayıb. 

Top
JoomlaLock.com All4Share.net