BMT: İnsan orqanlarının qanunsuz illik dövriyyəsi 600 milyon dollardır
Featured

08 Mart 2019

Bu haqda BMT-nin Narkotiklər və Cinayət üzrə İdarəsi Qvatemalada keçirilən insan alveri problemləri ilə bağlı birinci regional konqresdə məlumat verib.

Konqresdə qeyd olunub ki, Qvatemala, öz coğrafi və iqtisadi vəziyyətilə əlaqədar olaraq, insan alveri ilə məşğul olan beynəlxalq cinayətkar şəbəkələr üçün cəlbedicidir.
Seksual zorakılıq, istismar və insan alveri problemləri üzrə Qvatemala katibliyinin məlumatlarına əsasən, ötən il ölkə hakimiyyətinə insan istismarı ilə bağlı cinayətlər haqda 159 ərizə, insan alverilə bağlı 274 şikayət, seksual zorakılıq haqda 10 811 məlumat daxil olub.(islaminsesi)

Top
JoomlaLock.com All4Share.net