Türkiyə ermənilərinin patriarxı öldü-Ərdoğan başsağlığı verdi
Featured

08 Mart 2019

Türkiyə ermənilərinin patriarxı Mesrob Mutafyan müalicə aldığı "Yedikule Surp Pırgiç" erməni xəstəxanasında ölüb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin patriarxı Mutafyanın vəfatı ilə bağlı baş yepiskop Aram Ateşyana zəng edərək başsağlığı verib.

Ermeni Fondu Birliyi və "Surp Pırgiç" erməni xəstəxanasının rəhbəri Bedros Şirinoğlu Mesrob Mutafyanın ölümü ilə bağlı verdiyi açıqlamada onun 10 yıldır adıçəkilən xəstəxanada müalicə aldığını söyləyib və ürək tutmasından öldüyünü bildirib: "Mutafyan millətinə düşkün bir adam idi. O, patriarx seçildikdən az sonra xəstəxanalara düşdü."

Qeyd edək ki, Mesrob Mutafyanın Ərdoğanla çox sıx münasibətləri olub.  

Top
JoomlaLock.com All4Share.net