Keniyaya uçan təyyarə qəzaya düşüb, 157 nəfər həlak olub
Featured

11 Mart 2019

Təyyarədə 35 ölkənin vətəndaşı olub.

Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 149 sərnişin və 8 heyət üzvü ölüb.

Bu barədə aviaşirkətin nümayəndəsi Əddis-Əbəbədə keçirdiyi mətbuat konfransında deyib.

"Lenta.ru" saytı yazır ki təyyarə Keniyanın paytaxtı Nayrobiyə uçurmuş.

Təyyarədə 33 ölkənin vətəndaşı olub:

"Əsasən ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İtaliya, Niderland, İsrail, Norveç və o cümlədən, 4 nəfər BMT pasportu ilə olub."

Top
JoomlaLock.com All4Share.net