Pensiyaçı Putinə şikayət etmək üçün yola çıxdı və itkin düşdü
Featured

11 Mart 2019

Rusiyanın Kursk vilayətinin Kurçatov şəhərində yaşayan 70 yaşlı kişi yoxa çıxıb.

Arvadının sözlərinə görə, Yuri Kupreyev martın 5-də evdən çıxıb və onun harada olması barədə heç bir məlumat yoxdur.

Qadın əlavə edib ki, əri yaşadığı binanın sakinlərinin yaratdığı cəmiyyətin sədri olub. O, binanı idarə edən şirkətin fəaliyyətsizliyi haqqında prezident Putinə şikayət edəcəyini bildirib və yola çıxıb. Polis müəyyən edib ki, Y.Kupreyev qatarla Moskvaya gəlib, lakin sonradan onun başına nə gəldiyi barədə məlumat yoxdur.(virtualaz)

Top
JoomlaLock.com All4Share.net