ABŞ: Misirdəki 9 dindar gəncin edamı qanunidir!-VİDEO
Featured

13 Mart 2019

Misirdə geniral Sisi rəhbərliyinə qarşı çıxdıqları üçün asılaraq edam edilən 9 dindar gəncin edamının ABŞ XİN-nin rəsmisi tərəfindən qanuni olduğu söyləndi.

Nazirlik rəsmisi Misirdə məhkəmə prosesləri və edamlarına etiraz etmədiklərini bildirib:
"Bu hökm dünyəvi ölkədə milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə uyğun olduğundan, beynəlxalq hüquq ölüm cəzasına icazə verir. Bütün məhbusların humanitar müalicəsinin vacibliyini və ədalətli məhkəmə araşdırması hüququnun təminatını vurğulayırıq."

Məlum olduğu kimi, Misir qanunları ölümə məhkum edilmiş şəxslərə məhkəmə və Ali Məhkəmə səviyyəsində rəhbərliyin araşdırmasına imkan verir. Amma edam edilən 9 gəncin məhkəmə prosesində bu hüquqdan istifadəyə imkan verilməyib.

Top
JoomlaLock.com All4Share.net