Print this page

Boeing 26 milyard dollar itirdi
Featured

13 Mart 2019

Efiopiyada Boeing 737 Max təyyarəsinin qəzaya uğraması aviasiya nəhəngi üçün ciddi maliyyə itkiləri ilə nəticələnib.

Bunu Nyu-York Fond Birjasının məlumatları göstərir.

Təyyarə qəzasına qədər Boeing-in səhmlərinin dəyəri 422,5 milyard dollar, kapitalizasiyası isə 238,7 milyard dollar idisə, layner qəzasından sonra səhmlər 375,4 milyard dollara, kapitalizasiya isə 212,1 milyard dollara qədər geriləyib.

Bu ucuzlaşma 2001-ci ildən bəri ən kəskin ucuzlaşma sayılır. Xatırladaq ki, Azərbaycan Boeing-dən bu ilin sonundan etibarən 10 Boeing 737 Max layneri alacaq.

Qeyd edək ki, martın 10-da Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 149 sərnişin və 8 heyət üzvü həlak olub.  Keniyanın paytaxtı Nayrobiyə uçan təyyarədə 35 ölkənin, əsasən ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İtaliya, Niderland, İsrail, Norveçin vətəndaşı olub. O cümlədən, həlak olanlardan 4 nəfəri BMT pasportu daşıyırmış.