Hüquq müdafiəçiləri 15 saylı Cəzaçəkmə Müəssisəsindədirlər
Featured

02 Aprel 2019

İnanclıların Hüquqlarının Müdafiə Komitəsinin təmsilçiləri, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli və Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev Pentensiar Xidmətə etdikləri müraciətə görə, 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 10 siyasi məhbusla görüşmək imkanı əldə ediblər.

Təmsilçilərin vetenugrunda.az-a verdikləri xəbərə görə, adıçəkilən təmsilçilər hazırda 15 saylı cəzaçəkmə müəssisəsindədirlər. Görüşlə bağlı geniş məlumat veriləcək.

Qeyd edək ki, adıçəkilən cəzaçəkmə müəssisəsində Əli Şahbazov, Fərhad Muradov, Şamil Abduləliyev, Seyfəddin Şirvanov, Abbas Quliyev, Zakir Mustafayev, Ramin Seyfullayev, Ruhulla Axundov, Sahil Rzalı, Mehman Məmmədov cəza çəkirlər.

Seyfəddin Şirvanov, Fərhad Muradov, Sahil Rzalı və Şamil Abduləliyevin sağlamlığında cidi problemlər var. Şamil Abduləliyev Nardaran olayları zamanı yaralanıb. 

Top
JoomlaLock.com All4Share.net