Azərbaycandan saxta diplom alan "professor"a 55 il həbs verildi
Featured

07 Aprel 2019

Türkiyədə 2018-ci ildə həbs olunan saxta professora 55 il həbs cəzası verilib.

40 yaşlı Əmrə Nuri Qorqud Azərbaycan Universiteti və Pesilivaniya Universitetinin saxta diplomları ilə kəkələmək və düzgün danışmaq üzrə mərkəz yaradıb. Şikayət əsasında Türkiyə polisi araşdırma aparıb və onun həmin diplomlarla bərabər çoxlu sayda saxta sertifikatları da aşkar edilib.

Onun haqqında aparılan araşdırma zamanı 33 nəfərə qarşı fırıldaqçılıq etdiyi bəlli olub. Məhkəmə hər zərərçəkənə vurulan ziyana görə Əmrə Nuriyə 1.8 il, ümumilikdə 55 il həbs cəzası verib.(yeni sabah)

Top
JoomlaLock.com All4Share.net