İranlı müctəhiddən örnək addım
Featured

17 Aprel 2019

İranın tanınmış azərbaycanlı müctəhidi evini satıb pulunu seldən zərər çəkənlərə bağışladı.

İranın Təbriz şəhərindən olan mərceyi təqlid Ayətullah Cəfər Sübhani İranda seldən zərər çəkənlərə yardım edib. Bu barədə Qum elmi hövzəsinin xidmət mərkəzinin rəhbəri Seyid Həsən Rəbbani məlumat verib. O bildirilib ki, Ayətullah Cəfər Sübhani öz evini sataraq, İranın Xuzistan əyalətində səldən zərər çəkən vətəndaşlara bağışlayıb: "Ayətullah Cəfər Sübhani mənə dedi ki, qədim evim var idi, onu satmışam. Pulun az miqdarını götürdüm, qalanını seldən zərər çəkən vətəndaşlara verin. Mənim salamımı onlara çatdırın. Əgər vəziyyətim imkan versəydi, özüm onlara kömək etməyə gedərdim". Qeyd edək ki, əslən azərbasycanlı olan 90 yaşlı Cəfər Sübhani İranın Təbriz şəhərində anadan olub. O, İranın məşhur mərceyi təqlidlərindən biri hesab olunur. (eastnews.org)

 

 

Top
JoomlaLock.com All4Share.net