Pasxa bayramında qətliam: 160 ölü və Trampın əcaib statusu-VİDEO
Featured

21 Aprel 2019

Bu gün Şri-Lankada kilsə və otellərdə Pasxanın bayram edilməsi zamanı ümumilikdə 6 partlayış baş verib. Törədilən partlayışlar nəticəsində hadisə yerində 160 nəfər həlak olub. Verilən son məlumatlarda ölü sayının artdığı deyilir. Partlayışlar zamanı 600-dən çox insan yaralanıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Battikaloa şəhərindəki kilsədə mərasim zamanı baş verən partlayış 27 nəfərin ölümünə, 73 nəfərin yaralanmasına səbəb olub.

Kolombo şəhərindəki otellərdəki partlayışlar nəticəsində 40 nəfərölüb, 295 nəfər yaralanıb.

Neqombo şəhərindəki kilsədə isə partlayış 93 nəfər həyatına son qoyub.

ABŞ prezidenti Donald Tramp Şri Lankadakı terror hadisəsi ilə bağlı twitter hesabında etdiyi paylaşımında "Şri Lankada kilsə və otelləri hədəf alan terror hücumlarında 138 nəfər həyatını itirdi və 600-dən çox insan yaralandı. ABŞ Şri Lnakanın möhtəşəm xalqına dərin hüznlə başsağlığı verir. Yardımçı olmaq üçün hazırıq" yazıb.

Maraqlısı odur ki, Tramp statusda düzəliş edib. O, "138 nəfər" əvəzinə "138 milyon" ifadəsini işlədib. Daha sonra ilk yazdığını silib və "138 milyon"un yerinə "138 nəfər" yazıb. Trampın bu "düzəlişinin" hansı mesajı verdiyi hələ ki bəlli deyil.

Qeyd edək ki, Şri Lankada baş verən terror hücumlarını heç bir təşkilat üzərinə götürməyib.



Top
JoomlaLock.com All4Share.net