Kanadada "erməni soyqırımı"na etiraz etdilər-VİDEO
Featured

24 Aprel 2019

Bu gün Kanadada yaşayan azərbaycanlılarla türkiyəlilər qondarma "erməni soyqırımı"na etiraz ediblər.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, aksiya iştirakçıları Azərbaycan və Türkiyə bayraqları və qondarma "erməni soyqırımı"nı ifşa edən plakatlarla küçəyə çıxıblar və bu yalanlara son qoyulmasını tələb ediblər

Qeyd edək ki, hər il bütün dünyada yaşayan ermənilər aprelin 24-də qondarma "soyqırımı" tarixini qeyd edirlər. Guya 1915-ci ildə Türkiyədə yaşayan ermənilərə qarşı soyqırım törədilib. Hətta bu uydurma iddianı ciddi şəkildə qəbul edən onlarla ölkələr var ki, onlardan biri də Fransadır. Fransa prezidenti Emmanuel Makron Fransada bu günün tarixləşdirilməsi qərarını qəbul edib. Fransada bu qərara qarşı çıxanlar olsa da, görünür ki, ölkədəki güclü erməni diasporu öz işini vaxtında görə bilib.

Qeyd edək ki, Kanada "erməni soyqırımı"nı tanıyan ölkələr sırasındadır. 

"Erməni soyqırımı"nı tanımış bütün ölkələrin sıralaması isə belədir:

1.Uruqvay – 20 aprel 1965, 2004, 2005
2.Cənubi Kipr – 1982
3.Argentina – 1993, 2003, 2004, 2005, 2006, 2007
4.Rusiya – 1995, 22 aprel 2005
5.Yunanıstan – 25 aprel 1996
6.Kanada – 21 aprel 2004
7.Livan – 1997, 11 may 2000
8.Belçika – 26 mart 1998
9.Vatikan – 2000
10.İtaliya – 17 noyabr 2000
11.Fransa – 18 yanvar 2001
12.İsveçrə – 16 dekabr 2003
13.Slovakiya – 30 noyabr 2004
14.Hollandiya – 21 dekabr 2004
15.Polşa – 19 aprel 2005
16.Almaniya – 1 iyun 2016
17.Venesuela – 14 iyul 2005
18.Litva – 15 dekabr 2005
19.Çili – 2007
20.Boliviya – 2014
21.Braziliya – 2015
22.Lüksemburq – 2015
23.Bolqarıstan – 2015
24.Avstriya – 2015
25.Suriya – 2015

Top
JoomlaLock.com All4Share.net