Azərbaycanlı Moskvada oğlunun "qatilini" öldürüb, intihar etdi-VİDEO
Featured

26 Aprel 2019

Aprelin 25-nə keçən gecə Rusiyada daha iki azərbaycanlının ölüm xəbəri yayıldı.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, "Novıye Çeryomuşki" (Новые Черемушки) metro stansiyasının yaxınlığında baş verən atışmada iki nəfər ölüb. 

Moskva polisi hadisə yerində odlu silahdan qətlə yetirilmiş iki nəfərin meyitini aşkarlayıb.

Hadisə yeraltı keçidin yaxınlığında yerləşən parkda baş verib. Hadisə şahidləri bildirib ki, yaxınlıqdakı parkda iki kişi mübahisə edib. Onlardan biri cibindən çıxardığı tapança ilə əvvəlcə mübahisə etdiyi şəxsi, sonra isə özünü güllələyib. 

Araşdırma zamanı bəlli olub ki, ölən hər iki şəxs azərbaycanlıdır. Qətlə yetirilmiş şəxsin cibindən Vaqif Hümbətovun adına verilmiş jurnalist vəsiqəsi tapılıb. Sənəd saxta olsa da, öldürülənin adı və soyadı düzgün qeyd olunub. Onun adını araşdırarkən olaylar üzə çıxıb. Belə ki, yaxınları hadisənin qisasçılıq zəmnində baş verdiyini bildirib.

İlkin məlumatlara görə, hadisəni azərbaycanlı əsilli Gürcüstan vətəndaşı 60 yaşlı Rəsul Abdullayev törədib.

Onun "Naqan" tipli tapançadan açdığı atəş nəticəsində 50 yaşlı digər azərbaycanlı Vaqif Hümbətov ölüb. Daha sonra R. Abdullayev həmin odlu silahla özünü öldürüb.

Verilən məlumata görə, Rəsul Abdullayevin avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olan oğlu eyni zamanda azart oyunlar həvəskarı imiş. Bu səbəbdən onun külli miqdarda borcu olub və öldürülüb. 

Rəsul Abdullayev oğlunun ölümündə Vaqif Hümbətovdan şübhələnib və onu qətlə yetirib.

Новые Черемушки

Top
JoomlaLock.com All4Share.net