Nelson Mandelanın nəvəsi hicablı xanımın müdafiəsinə qalxdı…
Featured

29 İyun 2019

"Biz Müdafiə nazirini Silahlı Qüvvələrdə hicab ovuna dərhal son qoymağa çağırırıq!!!"

Xəbər verdiyimiz kimi, Cənubi Afrika Respublikasında müsəlman hərbçi qadın hicabını açmaqdan imtina etdiyi üçün hərbi tribunal qarşısına çıxarılıb.

Məlum olub ki, Cənubi Afrikanın dünya şöhrətli lideri, mərhum Nelson Mandelanın nəvəsi, Cənubi Afrika Respublikası parlamentinin deputatı Mandla Mandela qətiyyətlə xidmətdə hicabını açmaqdan imtina etdiyi üçün hərbi tribunala verilən Fatimə Ayzeks adlı bu xanım hərbçinin müdafiəsinə qalxıb.

"Biz Müdafiə nazirini Silahlı Qüvvələrdə hicab ovuna dərhal son qoymağa çağırırıq!!!", - Mandla sosial şəbəkədə belə yazıb.

“Biz naziri xanım hərbçiyə qarşı intizam tədbirlərini ləğv etməyə çağırırıq, çünki onlar xanımın dini azadlıq hüquqlarının mütləq pozulmasıdır"-deyə Mandelanın nəvəsi müsəlman xanımın haqları uğrunda mübarizənin hüquqi müstəvidə davam edə biləcəyini də ifadə edib.

Xatırladaq ki, Cənubi Afrika Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə hərbi xidmət keçmiş mayor Fatimə Ayzeks Keyptaunun 2 nömrəli hərbi xəstəxanasında patoloq-anotom kimi çalışır. Həmin 10 il ərzində qadın hərbi forma ilə birgə hicab da bağlayıb; baş örtüyü asanlıqla uniforma papağının altına yerləşdirilib, geyimin yaxalığı aydın görünüb və üniforma üzərində hər hansı bir ordu rəmzinin üzəri örtülməyib.

Son vaxtlara qədər müsəlman zabit qadın hicab bağlaması ilə bağlı heç bir problemlə üzləşməyib. Lakin indi yüksək çinli zabitlər nədənsə mövqelərini dəyişiblər və hərbçi xanımdan hicabın çıxarılmasını tələb edirlər. Və bu əmri yerinə yetirməkdən imtina etdiyi üçün o, hərbi tribunala verilib.

Mayor Fatimə Ayzeksin növbəti məhkəməsi 7 avqustda keçiriləcək.(moderator.az)

Top
JoomlaLock.com All4Share.net