Məhkəmə Şeyx Zəkzakini azad edib Hindistana göndərdi-VİDEO
Featured

05 Avqust 2019

Nigeriya məhkəməsi Şeyx Zəkzaki ilə bağlı son qərarı açıqladı

Müalicə üçün Hindistana göndərilir

Nigeriya məhkəməsi ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının azad olunuraq müalicə üçün Hindistana getməsi haqqında qərar çıxardıb.

Bu haqda Nigeriya İslami Hərəkat öz twitter səhifəsində məlumat yayıb.

Haydar Hatemi adlı şəxsin şəkli.

Məlumatda bildirilir: "Məhkəmə hakimi Şeyx Zəkzaki və həyat yoldaşına müalicə üçün izn verilməsinin vacibliyini vurğulayıb. Hakim bildirib ki, səhətti ağır olduğu üçün canı təhlükədədir və məhkəməyə gələ bilmir. Hakim bu səbəbdən Hindistanda müalicə almaq üçün göndərilməsinə qərar verdi."

Xatırladaq ki, 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib. Məhkəmə iki dəfə təxirə salınıb və növbəti məhkəmənin bu gün keçirilib.

Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.

Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilib. Onlarla Əhli-beyt (ə) ardıcılı bu aksiyalarda polis tərəfindən güllənərək şəhid edilib və çox sayda insan yaralanıb.(maide.az)

Top
JoomlaLock.com All4Share.net