Belçikada "HALAL"ı qadağan etdilər, yəhudilər ayağa qalxdı
Featured

03 Sentyabr 2019

Belçikanın Valloniya əyalətinin parlamenti yeni qərar qəbul edib.

Redaktor.az-ın məlumatına görə, fransız dilində danışanların daha çox yaşadığı bölgədə bu gündən etibarən xırda və iribuynuzlu heyvanlar şoklanmadan kəsilməyəcək. Valloniya parlamentinin açıqlamasına görə, qanun heyvanların daha çox əziyyət çəkməməsi üçün qəbul olunub.

Qərardan sonra bölgədə yaşayan müsəlmanlar və yəhudilər Belçika konstitusiya məhkəməsinə müraciət edib.

Qeyd edək ki, İslamda "halal", Yəhudi inancında "koser" adlanan heyvanların şoklanmadan kəsilməsinə qarşı qərarın qəbul edilməsi müsəlmanların və yəhudilərin etirazına səbəb olub.(redaktor.az)

Top
JoomlaLock.com All4Share.net