Deputatların toxunulmazlığı ləğv edildi
Featured

05 Sentyabr 2019

Ukrayna Ali Radası deputatların toxunulmazlığını ləğv edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, qərara əsasən Ukrayna Ali Radasının deputatları 2020-ci il Yanvarın 1-dən rəsmən "toxunulan" sayılacaqlar. Qərar 9-cu çağırış Ukrayna Ali Radasının 3 sentyabrda keçirilən ilk iclasında qəbul olunub. Sənədin lehinə 373 deputat səs verib. 

Qeyd edək ki, Ukrayna parlamenti bir müddət öncə 2020-ci il yanvarın 1-dən deputat toxunulmazlığının ləğvi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsində deputatların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb olunması və həbs edilməsi nəzərdə tutulur.

Ukrayna Parlamentinin qəbul etdiyi bu qərar insan haqlarına və bərabərliyə xidmət edir.

Bəs Azərbaycan Parlamentinin deputatlarının toxunulmazlığı varmı?

Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında

Azərbaycan Respublikasının Qanununun dördüncü maddəsində "Deputatın səlahiyyətləri" bölümündə deputatın "toxunulmaz olmaq" statusu olduğu yazılıb. Beləliklə, Azərbaycan Parlamentinin deputatlarının toxunulmazlıq hüququ var.  

Top
JoomlaLock.com All4Share.net