Print this page

Keçmiş prezidentin oğlu ürəktutmadan öldü
Featured

05 Sentyabr 2019

Misirin mərhum prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah Mursi ürəktutmadan dünyasını dəyişib. Bu barədə Misirin "Məsrəvi" qəzeti mənbələrinə istinadən xəbər verib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 24 yaşlı Abdullah Mursini Misirin paytaxtı Qahirənin əl-Vahat xəstəxanasına çatdırmaq istəsələr də, o, yolda həyatını itirib. 

Mursinin böyük oğlu Əhməd Mursi bildirib ki, ailənin vəkili də keçmiş prezidentin kiçik oğlunun ölümünü təsdiqləyib. Onun sözlərinə görə, Abdullah Mursi sükan arxasında ürəktutma keçirib.

Misirin mərhum prezidenti Muhəmməd Mursinin xanımı Necla Mahmuddan 5 övladı var idi, Əhməd, Şeyma, Usamə, Ömər və Abdullah. 

Xatırladaq ki, Məhəmməd Mursi bu ilin iyun ayında məhkəmə zalında dünyasını dəyişib. Qızı Şeyma Mursi mediyaya verdiyi açıqlamada bildirib ki, atasına məhkəmə zalında vaxtında tibbi yardım edilməyib.