Ukraynada hicabla pasporta şəkil çəkdirməyə icazə verildi
Featured

08 Sentyabr 2019

Ukraynada müsəlman qadınlara şəxsiyyəti təsdiq edən sənədlər üçün hicabla fotoşəkillər çəkdirməyə icazə verilib.

Bu barədə yerli "ALİF TV" məlumat yayıb.

Bundan sonra ölkənin müsəlman qadınları pasport üçün şəkil çəkdirərkən hicablarını çıxarmaq məcburiyyətində qalmayacaqlar.

Ukrayna Nazirlər Kabinetinin 17 iyul 2019-cu il tarixli müvafiq qərarı hökumət portalında yayımlanıb.

Dəyişikliklərin məqsədi Ukrayna qanunvericiliyini beynəlxalq səviyyəyə uyğunlaşdırmaqdır.

Qərar bu ilin oktyabr ayında qüvvəyə minir.(baku.ws)

Top
JoomlaLock.com All4Share.net