Polis Aşura yürüşünə hücum edib, ölən və yaralananlar var-NİGERİYADA
Featured

10 Sentyabr 2019

Bu gün bütün müsəlman dünyasında, eləcə də Nigeriyada Əhli- beyt aşiqləri Şəhidlər sərvəri İmam Hüseynə (ə) əza saxlayır. 

Aşura günü Nigeriyanın bir çox şəhərlərində o cümlədən Kaduna, Bauçi, Qombe, Katsina və Sokoto şəhərlərində möhtəşəm Aşura yürüşləri təşkil olunub.

Polis bu şəhərlərdə keçirilən Aşura yürüşlərini vəhşicəsinə dağıdıb. Polis Aşura mərasimini dağıtmaq üçün həqiqi güllə və göz yaşardıcı qazdan istifadə edib. Polisin açdığı atəş nəticəsində ölən və yaralananlar var. Ölən və yaralananların sayı hələ açıqlanmayıb.

Sosial şəbəkələrdə Əhli-beyt (ə) aşiqlərinə qarşı zorakılığı dayandırmaq üçün kampaniyaya start verilib. Belə ki, sosial şəbəkə istifadəçiləri Nigeriya Xarici İşlər Naziriliyindən qətllamın dayandırılmasını tələb edirlər.(maide.az)

Digər xəbərlər

Top
JoomlaLock.com All4Share.net