13 yaşlı Fatimə hicaba görə aviaşirkəti məhkəməyə verib-VİDEO
Featured

24 Sentyabr 2019

"Air Canada" şirkəti bu günlərdə Fatimə Əbdürrəhman və ailəsinə qarşı etdiyi qeyri-insani əmələ görə qınanır.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, buna səbəb aviaşirkətin əməkdaşlarının 13 yaşlı Fatimədən uçuşdan əvvəl hicabı açmasını tələb etməsi olub. Şirkətin bu kobudluğu, islamafob əməl kimi bütün dünyada tənqid edilib. Fatimə Əbdürrəhman isə şirkətin yaratdığı problemin ucbatından, Kanadanın Toronto şəhərində keçirilən skvoş yarışlarına gecikib.

Qeyd edək ki, hadisə San-Fransisko hava limanında baş verib. Hava limanının əməkdaşlarından biri F.Əbdürrəhmandan pasport fotoşəkildə başının açıq şəkildə təsvir olunduğu üçün hicabı açmasını istəyib.

Qızın dediyinə görə, komanda üzvləri və məşqçi də daxil olmaqla hər kəs uçuşa davam edib, lakin o saxlanılıb. Əbdürrəhman aviaşirkəti diskriminasiyada ittiham edib.

İdmançı qeyd edib ki, əgər hicabı çıxarmaq tələb olunursa, bunun üçün ona ayrıca otaq verilməli idi. F.Əbdürrəhman hava limanının əməkdaşlarını inandırmağa çalışıb ki, onun üzü hicabda da aydın görünür. Lakin aviaşirkət əməkdaşları bunu diqqətə almayıblar.

"Air Canada" vəziyyətlə bağlı jurnalistlərlə şərh verməyib.

Top
JoomlaLock.com All4Share.net