Amsterdamda azan səsinə icazə verildi
Featured

22 Oktyabr 2019

Hollandiyanın Amsterdam şəhərinin Nyu-Vest bölgəsindəki Sultan Əhməd məscidinin yerləşdiyi küçədə azan səslənməsinə icazə verilib.

Küçədə bir neçə yerdə səsgücləndiricilər yerləşdirilib. Azan səsi hələlik sadəcə cümə günləri səsgücləndiricilər vasitəsilə veriləcək.

Həmin bölgədə yaşayan digər dinin mənsubları da bu qərara qarşı çıxmayıblar.

Bu qərarın icrasına noyabrda başlanılması gözlənilir.

Top
JoomlaLock.com All4Share.net