65 nəfər qatarda diri-diri yandı-VİDEO
Featured

31 Oktyabr 2019

Pakistanda sərnişin qatarında güclü yanğın olub

Pakistanın Dəmiryol naziri Şeyx Rəşid Əhməd mediyaya verdiyi məlumatda bildirib ki, hadisə nəticəsində 65 nəfər həlak olub, 40-dan çox insan xəsarət alıb.

Həkimlər isə xəsarət alanların bəzilərinin şəxsiyyətinin müəyyənləşdirməsində çətinlik çəkdiklərini deyiblər. Bu qəza zamanı yanan şəxslərdir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, baş vermiş yanğına qaz balonunun partlaması səbəb olub. Qaz balonu yemək hazırlamaq üçün istifadə olunurmuş.

Karaçidən Ravalpindiyə gedən qatar Rahim Yar Xan şəhərinin Liyakatpur qəsəbəsi yaxınlığında qəzaya uğrayıb. Baş verən partlayışda insan itkisinin həddindən artıq çox olmasının səbəbini dəmiryol naziri sərnişinlərin yanğından qorxaraq özlərini qatardan atmaları ilə əlaqələndirib.

Top
JoomlaLock.com All4Share.net