Dünya Halal Sərgisi işə başlayır

27 Noyabr 2019

Dünya Halal Sərgisi başlayır - 7 trilyon dollar üçün mübarizə aparırlar

Dünyanın ən böyük halal tədbiri hesab edilən Dünya Halal Zirvəsinin beşincisi sabah İstanbulda başlayacaq.

Zirvə çərçivəsində Halal Sərgisi də baş tutacaq.

Sərgidə 50 ölkədən 500-ə yaxın şirkət iştirak edəcək. 9 mindən çox nümayəndənin qatılacağı Zirvədə isə halal ticarət müzakirə ediləcək.

1 dekabra qədər davam edəcək tədbirin mövzusu isə "Bütün nəsillər üçün halal: Ailənin və Gəncliyin Önəmi" olacaq.

Məlumat üçün bildirək ki, 2021-ci ildə halal bazarın həcminin 7 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Bunların arasında halal maliyyənin 3,5 trilyon dollar, ərzaq və içkinin 1,9 trilyon dollar, kimyəvi məhsullar və dərmanın 1 trilyon dollar, dini geyimlərin isə 243 milyard dollar həcmində olacağı gözlənilir.

Sərgidə şirkətlər də bundan pay götürməyə çalışacaqlar.(maide.az)

Top
JoomlaLock.com All4Share.net