Print this page

Texasda kilsədə 3 nəfər öldürülüb
Featured

30 Dekabr 2019

Dekabrın 29-da Texasda xeyli adamın yığışdığı kilsədə silahlı atəş açıb, iki nəfər həlak olub, üç nəfər yaralanıb. İcmanın iki silahlı üzvü isə şübhəlini qətlə yetirib.

Xəbəri ABŞ mediası və BBC yayıb.

Atışma "West Freeway Church of Christ" kilsəsində baş verib və ibadətin canlı yayımına düşüb.

Şahidlərin sözlərinə görə, silahlı saqqal qoyub, gün eynəyi taxıb.

Federal Təhqiqat Bürosu hadisənin araşdırmasında yerli polisə kömək edir.

Canlı yayımda silahlının prixod üzvüylə danışdığı görünür. Sonra bir addım geri ataraq tapança çıxarır, yanındakı şəxsə və daha birinə atəş açır.

Kilsədə mühafizəçi kimi çalışan icma üzvü isə tapançadan atəş açaraq birinci silahlını öldürür.

Sentyabrda qüvvəyə minmiş qanun ibadət yerlərində lisenziya ilə tapança gəzdirməyə icazə verir.

Bu il Texasda bir neçə ölümcül atışmalar baş verib. Avqustda El Paso şəhərində mağazada 22 nəfər öldürülmüş, 24 nəfər yaralanmışdı. Elə həmin ay Odessa-Midlenddə 7 nəfər öldürülüb, 20 nəfər yaralanıb. (azadliq.org)