Print this page

"23 sui-qəsddə iştirak etdim və şahzadə Diananı öldürdüm"
Featured

01 Yanvar 2020

"Onun addımları İngilitərə kral ailəsinin ənənələrinə zidd idi. 20 il öncə Parisdəki bir avtomobil qəzasında sevgilisi ilə birgə öldü".

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu açıqlamanı İngiltərə kəşfiyyatının (MI5) 80 yaşlı keçmiş əməkdaşı Con Hopkins verib. 

Yataq xəstəsi olan Con Hopkinsin həkimləri ona bir-iki həftə vaxt qoyublar. Yaxın günlərdə öləcəyini dəqiqləşdirən Hopkins mediyaya verdiyi açıqlamada Mİ5-də işlədiyi 38 il ərzində törətdiyi qətllərdən danışıb. O, açıq şəkildə "Şotlandiya şahzadəsi Diananı mən öldürdüm" deyib. 

Hopkins Dianadan başqa 1973-1999-cu illər arasında 23 sui-qəsd planında iştirak etdiyini bildirib. Qatil kəşfiyyatçıya görə, cazibədar şahzadə Diana əməlləri ilə İngiltərə taxtını risk qarşısında qoyurmuş: "O, kral sarayının bir çox sirlərini bilirdi. Saraya qarşı kinli idi və baş verənləri xalqa danışacaqdı. Bu səbəblərə görə də patronum onu öldürməyin vacibliyini bildirdi. Patronum Şahzadə Filipdən sui-qəsdin bir qəza formasında həyata keçirilməsini tövsiyyə etdi".

Qurbanlarını kimyəvi və ya zəhərli maddələrlə aradan götürdüyünü iddia edən kəşfiyyatçı daha çox siyasətçiləri, jurnalistləri, həmkarlar ittifaqlarının liderlərini və ictimai fəalları hədəf seçdiyini bildirib.

Qeyd edək ki, 1 iyul 1961-ci ildə dünyaya gələn Diana Spenser 1981-ci ildə evləndiyi şahzadə Çarlzla evlənib kral ailəsinə daxil olub. Bu evlilikdən şahzadə Villiam və şahzadə Harri dünyaya gəlib. 1996 -cı ildə Diana Çarlzdan boşanıb. Səbəb Çarlzın ona xəyanəti olub.

Şahzadə Diana ilə evlənən Çarlz ailəli bir qadın olan Kamilla Parker Bovles ilə münasibətlərini davam etdirib. Bundan xəbər tutan Diana evliykən BBC-yə verdiyi müsahibəsində "Biz bu evlilikdə üç nəfər idik. Yəni bizim ailədə bir az sıxlıq var idi" fikriylə bu xəyanəti aləmə car çəkdi. Bu isə ailənin boşanmasını tezləşdirdi. 

Con Hopkins

Diana kral ailəsindən ayrılsa da dünya mətbuatının gündəmindən düşmədi. 

Boşandıqdan sonra Diana pakistanlı ürək cərrahı Hasnat Xanla yaşadığı eşqlə bütün diqqətləri üzərinə çəkdi. Lakin aradakı mədəniyyət fərliliyinə həkimin ailəsi çox sərt şəkildə reaksiya verdi. Cütlük ayrılmağı qərara aldı. 

O, misirli iş adamı Dodi əl Fayed ilə yaşadığı sevgi macəraları ilə diqqət mərkəzində qalmağı bacardı. Lakin 1997-ci il 31 avqust tarixində məşhur cütlük Parisdə avtomobil qəzası nəticəsində öldü. Bu qəza uzun müddət müzakirələrə səbəb oldu. Olayın qəza deyil, sui-qəsd olmasını iddia edənlər ortaya çox güclü arqumentlər də qoya bilirdi. İllər sonra onların haqlı olduğunu ingiltərəli agent Hopkins öz etirafları ilə sübut etdi.

Kəşfiyyatçı şahzadə Diananın yeganə qadın qurbanı olduğunu da etiraf edib: "Şahzadə Diana ömrünün bahar çağında yaşamağa haqqı olan çox mədəni bir xanım idi. Onu öldürmək sifarişini alanda uzun müddət tərəddüd içində qaldım".