Print this page

Türkiyə Ümmü Gülsümün qələbəsinə heyran oldu-VİDEO
Featured

12 Yanvar 2020

Türkiyənin ATV telekanalında yayımlanan "Kim milyonçu olmaq istəyir?" verilişinin iştirakçısı Ümmü Gülsümün qələbəsinə onunla yanaşı sevinənlər çox oldu. Səbəb isə bu gənc xanımın əzimkarlıığ oldu.

Verlişdə onu müşayiət edən bacısı bildirib ki, Ümmü Gülsüm 4 yaşındaykən keçirdiyi xəstəlikdən yaranmış yüksək tempuraturdan sonra danışa bilməyib.

27 yaşlı gənc suallara yazı lövhəsi vasitəsiylə cavab verib. Ümmü Gülsem apardığı mübarizə nəticəsində 125 min TL (36 min AZN) qazanıb. O, qazandığı pulları əkiz qardaşlarının təhsili üçün xərcləyəcəyini bildirib.