Print this page

Avstraliyada 10 min dəvə öldürüləcək
Featured

13 Yanvar 2020

Avstraliyanın nəzarət altına alınmayan əyalətlərində su qaynaqları tükəndiyi üçün təxminən 10 min dəvənin öldürülməsinə qərar verilib. Artıq Ananqu, Pitjantjara əyalətlərində dəvələrin kütləvi qırğınına başlanılıb.

Snayperlər öldürdükləri dəvələrlə şəkil çəkdirib sosial şəbəkələrdə paylaşır. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, dəvələrin öldürülməsinə səbəb Avstraliyadakı irimiqyaslı yanğınlar olub. 

Adiyyati qurumlar sakinlərin isti və narahat bir şəraitdə yaşadığı bir məqamda dəvələrin onların həyatına təhlükə yaratdığını bildiriblər: "Dəvələr çəpərləri keçərək evlərin ətrafında olan su mənbələrindən su içərək əhalinin susuz qalmasına səbəb olur". 

Sidney Universitetinin apardığı araşdırma sonucu Avstraliyanı cənginə almış meşə yanğınlarının bir milyarddan çox heyvanın tələfatına səbəb olduğu bəlli olub.

Araşdırmaya rəhbərlik edən professor Kris Dikmanın sözlərinə görə, təkcə Yeni Cənubi Uels ştatında yanğınlar səbəbindən 800 milyondan artıq heyvan ölüb.

Yanğın Avstraliyada 8,4 milyon hektar meşə sahəsini məhv edib.

Related items