Manisadakı zəlzələ İstanbulda hiss edildi
Featured

23 Yanvar 2020

Türkiyənin Manisa şəhərinin Akhisar bölgəsində baş verən 5,4 bal gücündə zəlzələ İstanbulda da hiss edilib. 

Güclü təkandan sonra 35 avterşok (təkrar zərbə) qeydə alınıb.
Akhisarda gecə yerli vaxtla saat 22.22-də qeydə alınan zəlzələ təxminən 6.98 kilometr dərinlikdə baş verib.

Manisa valisi Əhməd Dəniz verdiyi açıqlamada heç bir insan tələfatının olmadığını bildirib: "5-6 evin çökdüyü barədə məlumat almışıq. İnsan təlafatı yoxdur".

Top
JoomlaLock.com All4Share.net