Qaydalar dəyişdi: Rusiya vətəndaşı olmaq asanlaşdı
Featured

07 Fevral 2020

Xarici ölkə vətəndaşlarının Rusiya vətəndaşlığı alması proseduru əhəmiyyətli dərəcədə sadələşdiriləcək.

Bu barədə "Kommersant" nəşri Rusiya Dövlət Miqrasiya siyasəti Konsepsiyasının reallaşdırılması üzrə işçi qrupda olan mənbələrə istinadən xəbər verir.

Belə ki, Rusiya hökuməti "Rusiya Federasiyası vətəndaşlığı haqqında" qanun layihəsinə dəyişikliklərin edilməsini nəzərdə tutan layihə hazırlayır. Yeni qaydalara əsasən xarici ölkə vətəndaşları Rusiya vətəndaşı olmaq üçün digər ölkənin vətəndaşlığından imtina etməyə məcbur olmayacaqlar.

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiya və həmvətənlərlə əlaqə komitəsinin rəhbəri Leonid Kalaşnikov vurğulayıb ki, hazırda sənəd final mərhələsindədir. Onun fevral ayında Dövlət Dumasına çıxarılması planlaşdırılır.

Bundan əlavə, Rusiya ərazisində 5 il ərzində fasiləsiz qalmaq tələbi də ləğv oluna bilər. Kalaşnikov əlavə edib ki, yaşayış üçün vəsaitlərin qanuniliyinin sübut olunması şərti də ləğv oluna bilər.(sputnik.az)

Top
JoomlaLock.com All4Share.net