Rusiyada çətənə əkməyə icazə verilib
Featured

13 Fevral 2020

Rusiyada çətənə və yuxu xaşxaşı əkməyə icazə verilib

Bu barədə yeni baş naziri Mixail Mişustin fərman imzalayıb.

Bu fərmana əsasən, narkotik tərkibli bitkilərdən tibbdə, sənayedə və baytarlıqda istifadə etməyə şərait yaradır. Sənəddə çətənə və xaşxaşın həcminə aid tələblər də əksini tapıb. Yəni bu bitkilərin əkilməsinə faydalı ola biləcək dərəcədə icazə verilir.

Çox vacib nüanslardan biri də odur ki, çətənə və yuxu xaşxaşının əkilməsiylə yalnız hüquqi şəxslər məşğul ola bilər. Bu mənada narkotik asılılığı olan adamlar çox ümidlənməməlidir.

Qanun layihəsi hələ keçən il iyunun 19-da hazırlanmışdı. Çətənə və xaşxaş əkilməsi üçün xüsusi lisenziya alınmalıdır. Bundan əvvəl yalnız elm, təhsil sektorlarında narkotik tərkibli bitkilərin becərilməsinə icazə verilirdi.(yenisabah)

Top
JoomlaLock.com All4Share.net