Las-Veqasda 50 nəfəri öldürən atıcının kimliyi bəlli oldu
Featured

02 Oktyabr 2017

Las-Veqasda festivala toplaşan insan izdihamını atəşə tutan 64 yaşlı Stiven Paddok buna qədər mühakimə olunmayıb və heç hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşməyib.

"ABC News" xəbər verir ki, S.Paddok Las-Veqasa yaxın ərazidə yaşayıb və ehtimal ki, mühasib və ya auditor vəzifəsində çalışıb.

Məlumata görə, onun ov etməyə icazəsi və pilot lisenziyası olub. Xəbər verdiyimiz kimi, S.Paddok öldürülüb.

Polis onun Merilu Denli adında qadın yoldaşını axtarır. Son məlumatlara görə, artıq onun gizləndiyi yer müəyyən edilib.

Amma hadisənin motivləri hələlik məlum deyil.

Xatırladaq ki, ABŞ-ın Las-Veqas şəhərindəki “Mandalay Bay” mehmanxana kompleksində baş vermiş atışma nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

Hadisə nəticəsində 200-dən çox adam yaralanıb.

Las-Veqasdakı qırğın ABŞ tarixində ən kütləvi güllələnmə hadisəsi adlandırılıb.(virtualaz.org)

Top
JoomlaLock.com All4Share.net