100 nəfərin qatili erməni imiş

18 Oktyabr 2017

Moskvada 100-dən çox adamın ölümündə ittiham edilən taksi sürücüsü, 29 yaşlı Vaahn Karapetyan saxlanılıb. Onun qurbanlarının arasında məşhur aparıcı Artur Bitov da var.

2017-ci ilin aprel ayının 9-da Moskvada küçələrin birində üzərində zor əlamətləri olmayan 54 yaşlı kişi meyiti tapılıb. Müəyyən edilib ki. ölümün səbəbi etil spirti ilə prixotrop maddənin qarışığıdır.

İstintaq zamanı müəyyən olunub ki, faktla bağlı saxlanılmış şəxs 2015-ci ildən taksi xidməti göstərərək, müştərilərinə əvvəlcədən psixotrop maddə (klofelin) qarışdırdığı mineral su təklif edirmiş Maddənin təsir etməsindən sonra taksi sürücüsü onların üzərində olan qiymətli əşyaları və pulları qarət edirmiş.

Saxlanılan erməninin evində çoxlu sayda telefon, 100-dən artıq qol saatı, həmçinin güclü təsirə malik psixotrop maddələr aşkarlanıb. Saxlanılan şəxs törətdiyi cinayətləri etiraf edib.(virtualaz)

Top
JoomlaLock.com All4Share.net