Partlayışda ölənlərin sayı 25-ə çatıb-VİDEO

29 Oktyabr 2017

Terrorçular Somalidə yenidən fəallaşıblar. Hazırda bu ölkənin təhlükəsizlik qüvvələri və terrorçular arasında toqquşmalar davam edir. 

Vetenugrunda.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Somalinin paytaxtı Moqadişoda terrorçu-kamikadzenin bomba yüklü avtomobili prezident sarayının yaxınlığında yerləşən Naasa Hablood mehmanxanasının qarşısında partlatması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. 30 nəfərə yaxın insanın da yaralandığı bildirilir.

Bu barədə Somali polisi məlumat yayıb.

Top
JoomlaLock.com All4Share.net