Yaxın Şərqi zəlzələ silkələdi-VİDEO
Featured

13 Noyabr 2017

İran və İraq sərhədində baş vermiş 7.2 bəzi məlumatlara görə 7.4 ballı zəlzələ İran və İraq daxil olmaqla Suriya, BƏƏ, Küveyt, İsrail, Türkiyə, İordaniya, Azərbaycan, Ermənistan və Gürcüstanda da hiss olunub.

Vetenugrunda.az-ın Press.tv-yə istinadən verdiyi xəbərə görə, zəlzələnin episentr Süleymaniyyə bölgəsini əhatə edib ( 7,2 bal). Kirmanşah, Ərak, Həmədan, o cümlədən Şərqi və Qərbi Azərbaycanda, həmçinin Təbriz şəhərində 4,9 bal gücündə yeraltı təkanlar olub. Təbrizdə əhali qəfil titrəyişdən qorxaraq küçələrə axışıb. Hazırda təbrizlilər gecəni küçələrdə keçirirlər. Onlar zəlzələnin daha güclü olacağından qorxub evlərinə dönmürlər.

Son dakika... Irakta 7.3 büyüklüğünde deprem

Ümumilikdə İranın 8 kəndində dağıntılar olduğu qeyd edilir.

Zəlzələ ölkəmizdə də hiss edilib. Daha çox respublikamızın cənub bölgəsində - Lənkəran və Astara şəhərlərində də 4 bal gücündə hiss edilib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi İraqdakı zəlzələnin 7,2 bal gücündə olduğunu, episentrinin Hələbçənin 32 km cənub-qərbinə, 33,9 km dərinliyə düşdüyünü açıqlayıb.

Son dakika... Irakta 7.3 büyüklüğünde deprem

Zəlzələ bütün Yaxın Şərqi bürüyüb. Müharibələrin gətirdiyi dağıntıların ardından insanlar zəlzələnin titrəyişindən vahimələniblər.

Azərbaycan Seysmoloji Xidmət Mərkəzi zəlzələnin İran-İraq sərhədində (koordinatlar: 34.82, 45.87), yerli vaxtla saat 22:18:16-da baş verdiyini açıqlayıb. Zəlzələnin maqnitudası 7,2 bal, dərinliyi 19 km olub.

Zəlzələ Naxçıvanda və cənub rayonlarımızda hiss edilib.

Qəsrşirində ölənlərin sayı 6 nəfərə çatıb. İranda bütün xəstəxanalar hazır vəziyyətə gətirilib. Zəlzələnin xüsusilə güclü olduğu ərazilərə çoxsaylı təcili yardım maşınları və xilasedicilər göndərilib.

Top
JoomlaLock.com All4Share.net