Zəlzələ 400-dən çox insanın ölümünə səbəb oldu-VİDEO
Featured

13 Noyabr 2017

Ötən gün gecə saatlarında İranda baş verən zəlzələdə ölənlərin sayı 450-nəfəri ötüb.

Hadisə nəticəsində yaralanan 7156-dan çox adam isə xəstəxanalarda müalicə alır.

Yaralıların sayı həddən artıq çox olduğu üçün İranın Səhiyyə Nazirliyi dəfələrlə əhalini qan verməyə çağırıb. Hazırda ölkənin müxtəlif şəhərlərində qanvermə aksiyaları keçirilir. Xəstəxanaların qarşısında minlərlə insan qan vermək üçün növbə gözləyir.

Zəlzələ İran -İraq sərhəddində baş versə də İraqda zəlzələnin qonşu ölkədəki qədər ağır nəticələri olmayıb. İraqda zəlzələ qurbanlarının sayı 11 olub.

Əgər xatırlayırsınızsa 1990-cı ildə İranda baş verən güclü zəlzələ 40 min adamın ölümünə səbəb olmuşdu.

İranda zəlzələ daha çox Sərpol Zəhab şəhərini dağıdıb. Bu şəhərdə ölənlərin sayı 236 nəfərə çatıb.

İran-İraq sərhədində baş verən zəlzələ Azərbaycanda da hiss edilib. Belə ki, Naxçıvan və cənub rayonlarında-əsasən Lənkəran və Astarada təqribən 4 bal gücündə hiss olunub.

(Tehranda insanlar qan vermək üçün növbəyə durub.) 
 
 
Top
JoomlaLock.com All4Share.net