Pakistanda universitetə silahlı hücum: 11 ölü
Featured

01 Dekabr 2017

Pakistanın Peşavar şəhərində yerləşən Kənd Təsərrüfatı Universitetinin yataqxanasına silahlı basqın olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, terror hadisəsi nəticəsində 11 nəfər şəhid olub, 37 nəfər yaralanıb. Ölənlərdən 7 nəfəri tələbədi.

Şəhər polis şefi Tahir Xanın bildirdiyinə görə, hücumdan polislər xəbər tutub. Polislər terrorçularla 2 saata yaxın atışıblar.  

Hücuma görə məsuliyyəti "Taliban" terror təşkilatı öz üzərinə götürüb.

Qeyd edək ki, universitetdə tətil günləri olduğundan 120 nəfərlik yataqxanada yaşayan tələblərin çoxu evində olub. 

Qurban Cəbrayıl adlı şəxsin şəkli.

Top
JoomlaLock.com All4Share.net