İranda 6,1 bal gücündə zəlzələ: 42 nəfər yaralanıb
Featured

01 Dekabr 2017

İranda yenə zəlzələ baş verib.

Vetenugrunda.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, Kirman əyalətinin Hecdek şəhərində 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində şəhərdə dağıntılar yaranıb, 42 nəfər yaralanıb. Zəlzələdən qorxan əhali Şehdad şəhərinə qaçıblar. Lakin Şehdadda baş verən 5,1 bal gücündə zəlzələ bu şəhərə sığınanları qorxutdu. 
İran Səhiyyə Nazirliyinin verdiyi məlumatda bildirilir ki, zəlzələ Ravər, Şehdad, Kirman, Golbaf, Kühbenen, Rəfsəncan və Zərənd şəhərlərində hiss olunub.

Ravər şəhərinin ətrafında yerləşən kəndlərdə evlərə ziyan dəyib. Dağ uçqunu olduğu üçün, bir neçə kəndin şəhərlə əlaqəsi kəsilib. Bəzi yerlərdə elektrik enerjisinin verilişində problem yaranıb.

Xatırladaq ki, noyabrın əvvəlində İranın Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticədə 500-dən çox insan həyatını itirmiş və 8000 min nəfərə yaxın şəxs xəsarət almışdı.

Top
JoomlaLock.com All4Share.net