İranda daha bir zəlzələ: xəsarət alanların sayı 55-ə çatıb

13 Dekabr 2017

İranın Kirman əyalətinin Hejdak qəsəbəsi ətrafında baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 55-ə çatıb.

Bəzi kəndlərə elektrik enerjisi və suyun verilməsi dayandırılıb. Dekabrın 12 və 13-də əyalətdəki ali təhsil müəssisələri və məktəblər bağlanıb.

İranın şərqində 6,2 bal gücündə zəlzələ olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Avropa Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, təkanlar UTC vaxtı ilə saat 21.41-də (Bakı vaxtı ilə 01.41-də) qeydə alınıb. Zəlzələnin ocağı 40 km dərinlikdə olub.

Hələlik dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb.(report)

Top
JoomlaLock.com All4Share.net