Əfqanıstanda terror -95 ölü,158 yaralı-VİDEO
Featured

27 Yanvar 2018

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış törədilib. Partlayış nəticəsində 95 nəfər ölüb, 158 nəfər yaralanıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hadisə Əfqanıstan Daxili İşlər Nazirliyinin keçmiş binasının yaxınlığında baş verib. 

İçərisində terrorçunun olduğu minalanmış avtomobil partlayıb, nəticədə ətrafdakı binalara ziyan dəyib, şüşələr qırılıb.

Ölkə polisi terrorla əlaqədə şübhəli bilinən 4 nəfəri həbs edib.

Top
JoomlaLock.com All4Share.net