Rusiyada təyyarə qəzası baş verdi-71 ölü-VİDEO
Featured

11 Fevral 2018

Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus "Ан-148" tipli sərnişin təyyarəsi Domodedovo aeroportundan havaya qalxdıqdan 7 dəqiqə sonra qəzaya uğrayıb. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, təyyarənin Moskva ətrafında Ramensk rayonu, Arqunovo kəndi ərazisində qəzaya uğradığı ehtimal edilir. 

Qəzaya səbəb təyyarənin havada "Rusiya Poçtu"na məxsus vertolyotla toqquşması olub.

Təyyarədə 6 heyət üzvü və 65 nəfər sərnişinin olduğu bildirilir. Təyyarənin qalıqları səmadan Moskva ətrafında aşkar edilib. Qəzadan sağ qurtaran yoxdur.

Qeyd edək ki, Rusiyada təyyarə qəzasında ölənlər arasında azərbaycanlıQəhrəmanov Namiq də var. 

71 человек на борту упавшего Ан-148, выживших нет: онлайн-трансляция

İkinci pilot Sergey Qambaryan

Top
JoomlaLock.com All4Share.net