Meksikada 7,2 bal gücündə zəlzələ olub-VİDEO

17 Fevral 2018

Meksikada 7,2 bal gücündə zəlzələ baş verib.

Oaxaka ştatında baş verən zəlzələ haqqında Avropa Seysmoloji Mərkəzin (EMSC) məlumat verib. 

Yerli vaxtla saat 17:39-da qeydə alınan yeraltı təkanların episentri Pinotepa de Don Luis şəhərindən 30 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Hələ ki, dağıntı və zərərçəkənlər barədə dəqiq məlumat verilməyib. Məlumata görə, bəzi yaşayış binalarında çatlar əmələ gəlib.

Yeraltı təkanlar paytaxt Mexikoda hiss olunub. İnsanlar təşviş içərisində küçəyə qaçıblar. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların maqnitudası 7,5 təşkil edib.

Qeyd edək ki, 2017-ci il sentyabrın 7-si və 19-da Meksikada baş verən güclü zəlzələlər yüzlərlə insanın həyatına son qoyub.

Картинки по запросу Meksika'da 7,5 büyüklüğünde deprem

Похожее изображение

Картинки по запросу Meksika'da 7,5 büyüklüğünde deprem

Top
JoomlaLock.com All4Share.net