İranda təyyarə qəzasında 66 nəfər həlak oldu-VİDEO
Featured

18 Fevral 2018

Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Verilən xəbərlərə görə, İranda Tehran aerportundan havaya qalxdıqdan təxminən 30 dəqiqə sonra İsfahan əyalətinin Semirem rayonunda Dena dağına çırpılan sərnişin təyyarəsində 60 sərnişin və 6 ekipaj üzvü olub. Qəza nəticəsində təyyarədə heç kəs sağ qalmayıb.

Təyyarənin Tehran-Yasuc aviareysini yerinə yetirdiyi açıqlanıb.

Qəzanın səbəbləri hələlik müəyyən edilməyib. Ehtimallara görə təyyarə pis hava şəraitinə görə dağa dəyib. Hadisə yerinə axtarış-xilasetmə briqadası göndərilib, lakin briqadanı aparan vertolyot pis hava şəraitindən eniş edə bilməyib. Təyyarənin qalıqlarının yeri hələ müəyyən deyil.

“Fars” agentliyi bildirir ki, qəzaya uğrayan təyyarənin komandiri Höccət Fulad peşəkar pilot olub. O, 2013-cü ildə Tehran-Yəsuc reysi ilə uçarkən havada təyyarənin mühərrikləri sıradan çıxıb. Komandir bu vəziyyətdə təyyarəni yerə endirə bilib və sərnişinlərin, heyət üzvlərinin həyatını xilas edib. Bu dəfə isə görünür komandirin heç bir şansı olmayıb.

Aviaşirkət bildirir ki, ATR 72-500 tipli təyyarə Tehran-Yəsuc reysini həyata keçirərkən İsfahan vilayətində radarlardan itib. Təyyarə Dena dağına dəyərək partlayıb. 

Похожее изображение

Картинки по запросу ‫سقوط هواپیما اصفهان‬‎

Top
JoomlaLock.com All4Share.net