Kemerovo faciəsi-Yanğın, yoxsa TERROR?-VİDEO
Featured

27 Mart 2018

Rusiya "Qış albalısı"nda baş verən faciənin acısını yaşayır. Martın 25-də baş verən qəfil partlayış nəticəsində ölənlərin yaxınları və bu itkiyə acıyan hər kəs ayağa qalxıb, günahkarların tapılıb cəzalandırılmasını tələb edir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzinin baş direktoru Nadejda Suddenok istintaqa ifadəsində yanğının qəsdən törədildiyini deyib. N. Suddenok deyib ki, dəfələrlə ticarət mərkəzində qaraçı görünüşlü adamlar görüb və bu adamlar haqqında polisə məlumat verib. Lakin polis bu adamları saxlasa da dərhal azad edib.

Rusiya prezidenti Vladimir Putin Kemerovodakı ticarət-əyləncə mərkəzində baş vermiş yanğınla əlaqədar keçirilmiş iclasda iştirak edib və hadisə qurbanlarının xatirəsini yad edib. O, yanğın və insan itkisinə səhlənkarlıq və diqqətsizliyin səbəb olduğunu deyib.

Putin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinə olayın araşdırılmasına dair təlimat verib.

Sərt çıxışları ilə hər zaman gündəmdə olan Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirnoviski Kamerovdakı yanğına Rusiyadakı məmurların özbaşınalığını və korrupsiyaya bulaşdıqlarını səbəb gətirib.

Bu arada əyləncə mərkəzində baş verənlərin yanğın deyil, terror hadisəsi olduğunu təsdiqləyən bir video sürətlə yaylmaqddır. Daha doğrusu bu video əyləncə mərkəzindəki nəzarət kamerasında baş verən olayla bağlı yayılan görüntünün əvvəlidir. Lakin bu görüntünün videodan niyə görə çıxarılması çox müəmmalıdır. Son günlər Rusiyaya qarşı birləşən dünya güclərinin, ilk növbədə İngiltərənin baş nazirinin təhdidini xatırlayanda 64 nəfərin ölümü ilə nəticələnən hadisənin təsadüfi yanğın olmadığı aydın olur.

Bakı sakinləri də Kamerovda baş verən faciə ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinin önünə gül dəstələri və yumşaq oyuncaqlar qoyublar.

Qeyd edək ki, yanğın nəticəsində 41 uşaq olmaqla 64 nəfər ölüb, xeyli insan xəsarət alıb. 

Hadisə ilə əlaqədar 5 nəfər saxlanılıb. Onların sırasında yanğın siqnalından sonra xəbərdarlıq sistemini söndürən mühafizəçi də var.

Картинки по запросу о пожаре в ТЦ "Зимняя Вишня" в Кемерове

Top
JoomlaLock.com All4Share.net