Azərbaycanlı mühacir Fransada güllələndi

30 Mart 2018

Bu gün səhər saatlarında azərbaycanlı jurnalist Rahim Namazov güllələnib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı Fransada yaşayan siyasi mühacir, "Azad Söz" səhifəsinin admini Tural Sadıqlı paylaşıb.

O, bildirib ki, Fransa KİV-ləri artıq bu barədə məlumat veriblər: "Fransa mediasının yaydığı məlumata görə, bu gün səhər saat 9:00 radələrində Fransanın Tuluza şəhərinin yaxınlığında yerləşən Colomiers qəsəbəsində azərbaycanlı jurnalist Rahim Namazov həyat yoldaşı ilə birgə avtomobilin içərisində güllələniblər. Məlumatda qadının öldüyü və Rahim Namazovun ağır yaralandıqdan sonra Purpan xəstəxanasına aparıldığı bildirilir".

Qeyd edək ki, kriminal aləmdə Rahim Şəkinski özünü jurnalist kimi təqdim etsə də onun bu fəaliyyəti haqqında konkret məlumat yoxdur. Bu adamın daha çox mühacir alveri ilə məşğul olduğu və əlil insanları xaricə aparacağı adı ilə aldadıb pullarını mənimsədiyi haqqında söhbətlər gəzir.

Top
JoomlaLock.com All4Share.net