Yunanıstanı yandıran, dünyanı ağladan yanğın-FOTOLAR
Featured

25 İyul 2018

Yunanıstanın paytaxtı Afinanın 20 km yaxınlığında Penteli və Rafina bölgələrində iyulun 23-də meydana gələn güclü meşə yanğınlarında ölənlərin sayı 76-ya çatdı. Hadisə zamanı 164 nəfər xəsarət alıb, onlardan 23-ü uşaqdır. Rəsmilər 100-dən çox insanın itkin düşdüyünü iddia edirlər.

Vetenugrunda.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yanğın başlayan zaman küləyin səmtini tez-tez dəyişməsi yanğınsöndürənlərin işinə əngəl olub və alovu sürətlə ətrafa yayıb.

Xilasedicilər Mati kəndi yaxınlığında 25 nəfərin bir-birinə sarılaraq öldüyünün şahidi olublar. Onlar yanğından qurtarmaq üçün yüksək bir qayalığın lap qurtaracağında bir-birlərinə sarılaraq can veriblər. Xilasedicilər onların çıxış yolunun olmadığını bildiriblər. Çünki hündür qayalıqdan yerə tullansaydılar tikə-tikə olacaqdılar. Bu olay isə təkcə Yunanıstanda deyil, bütün dünyada kədərlə, acıyla qarşılanıb.

Qayıqlar və vertolyotlar vasitəsilə Mati kəndinin sakinləri evakuasiya olunur.

Qeyd edək ki, Afinaya yaxın ərazilərdə başlayan yanğını son 10 ilin ən güclü yanğını adlandırırlar. 

Yunanıstan turizm ölkəsi olduğu üçün yay fəslində baş verən yanğının ölkənin büdcəsinə ciddi təsir edəcəyi deyilir.

Rusiya mənbələrinin verdiyi xəbərdə isə 1 turizm kəndinin yanaraq kül olduğu bildirilir.

Ən dəhşətli səhnələrdən biri isə yanğından xilas olmaq üçün özünü suya atan insanların boğulub ölməsidir.

Yunanıstan hökuməti yanğının söndürülməsi üçün Avropa Birliyindən yardım istəyib. İspaniya və Kıprıs 60-ya yaxın xilasedicini yardım üçün Yunanıstana göndərib.

Polşanın Xarici İşlər Nazirliyi yanğında iki polşalı turistin də həlak olduğunu bildirib. 

O görüntüler ortaya çıktı... Ölmemek için denize sığındılar  

Top
JoomlaLock.com All4Share.net