Bazar yandı 1 milyard dollarlıq qızıl əriyib yox oldu
Featured

27 Noyabr 2018

İraqın Kərkük şəhərindəki qədim tarixi olan Kayseri bazarı gecə saatlarında yanıb külə çevrilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bazarda 67 zərgər dükanında olan, ümumilikdə 1 milyard dollarlıq qızıl yanğın zamanı əriyib yox olub.

Kayseri Zərgərlər Birliyinin sədri Haqqı İsmayılın müxbirlərə verdiyi açıqlamaya görə, bazarda 5 ton qızılla bərabər 200 min dollarlıq gümüş də əriyib: "Yüzlərlə ailəninin çörək qazandığı tarixi bazar yanıb yox oldu. Yanğının səbəbinin ortaya şıxmasını istəyirik".

Daha çox türkmənlərin yaşadığı Kərkük şəhərinin mərkəzində yerləşən bazarda 400-dən çox kərküklü çalışırmış.

Top
JoomlaLock.com All4Share.net