Ötən il ABŞ-da 40 min nəfər odlu silahla öldürülüb
Featured

17 Dekabr 2018

ABŞ-da 2017-ci il ərzində atəşli silahla törədilən cinayətlərin sayı son 40 ilin ən yüksək həddinə çatıb.

Bu barədə ABŞ Xəstəliklərin İdarə Edilməsi və Müalicəsi Mərkəzinin araşdırmasında qeyd olunub.

Məlumaya görə, ötən il ABŞ-da 39 min 773 nəfər atəşli silahla öldürülüb. Bu isə hər gün ortalama 109 nəfərin öldürülməsi deməkdir. Onlardan 36,5 faizi qaradərililər olub.

23 min 854 nəfər isə silahla intihar edib ki, bu da son 18 ilin ən yüksək göstəricisi olub.

Mərkəz vəziyyətin getdikcə pisləşməsi və bu səbəbdən silah satışında şərtlərin sərtləşdirilməsinin vacib olduğu barədə xəbərdarlıq verib. (maide.az)

Top
JoomlaLock.com All4Share.net