Hindistanın Bihar əyalətində 2 gündə 78 nəfər istilərə dözməyib, ölüb.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə məlumat verən media bildirib ki, iyun ayı girəndən bəri Hindistanda 184 nəfər istilərdən ölüb.
Hazırda Hindistanın bəzi bölgələrində termometrlər 45-50 dərəcəni göstərir. Daha çox Aurangabad, Gaya, Navada və Jamui bölgələrində isti xeyli insan təlafatına səbəb olub.
Qeyd edək ki, son 8 ildə Hindistanda qızmar istilərdən ümumilikdə 6 mindən çox insan dünyasını dəyişib.